State Agency for Public Service and
Social Innovations under the President of the
Republic of Azerbaijan
az | en

“ABAD” was presented at “UN State Services Forum”

June 23, 2017

22 - 23 iyun 2017-ci il tarixində Niderland Krallığının Haaqa şəhərində “Gələcək İndidir: 2030 Gündəliyi naminə Dövlət Xidmətləri Sahəsində İnnovasiyanın Sürətləndirilməsi” mövzusuna həsr edilmiş “BMT-nin Dövlət Xidmətləri Forumu” keçirilib.   

Forumda ölkəmizi Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.

Forumun keçirilməsində məqsəd səmərəli dövlət idarəçiliyi, dövlət xidmətlərinin göstərilməsinin qabaqcıl modelləri və digər bu kimi məsələlər üzrə müzakirələrin aparılması, habelə dövlətlərin bu istiqamətdə müsbət təcrübələrinin mübadiləsi və mükafatlandırma mərasiminin keçirilməsi olub.

Forumda dünyanın müxtəlif ölkələrindən aparıcı nazirliklərin və təşkilatların rəhbərləri, beynəlxalq ekspertlər, kütləvi informasiya vasitələri və işgüzar dairələrin nümayəndələri iştirak ediblər.

Forumu BMT-nin iqtisadi və sosial məsələlər üzrə baş katibinin müavini cənab Vu Honqbo və Niderlandın daxili və krallıq əlaqələri naziri cənab Ronald Plasterk açıq elan edərək forumun önəmindən, müasir dünyanın innovasiyalarla irəli getdiyindən, qabaqcıl təcrübələrin bölüşülməsinin vacibliyindən bəhs ediblər. Daha sonra Haaqa şəhərinin meri xanım Pauline Krikke iştirakçıları salamlayaraq tədbirin keçirilməsinin müasir çağırışlardan irəli gələn obyektiv zərurət olduğunu qeyd edib.

Forum çərçivəsində “İş yerlərinin yaradılması və rifah” mövzusunda təşkil olunmuş 1-ci paneldə Dövlət Agentliyinin sədri İnam Kərimov çıxış edib. O, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən son illər dövlət idarəçiliyinin təkmilləşdirilməsi və modernləşdirilməsi sahəsində həyata keçirilən islahatlar barədə məlumat verib, bu islahatların tərkib hissəsi olan “ABAD” publik hüquqi şəxsin uğurlu fəaliyyəti barədə geniş təqdimat edib.

“ABAD”ın Azərbaycanda ailə bizneslərinin və ailə brendlərinin inkişaf etdirilməsinə yönəlmiş təşəbbüs olduğunu və Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafında vətəndaşların fəal iştirakına, kiçik və orta sahibkarlıgın inkişafına, əhalinin məşğulluq səviyyəsinin artırılmasına və rəqabətqabiliyyətli ailə təsarrüfatlarının formalaşdırılmasına dəstək vermək məqsədilə sosial yönümlü layihələri olduğu bildirilib. Təqdimat iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.

Həmçinin səfər çərçivəsində BMT-nin Baş katibinin siyasi əlaqələndirmə və qurumlararasi işlər üzrə komekcisi cənab Tomas Qass, Niderlandın daxili və krallıq əlaqələri naziri cənab Ronald Plasterk, Uqanda Respublikasının dövlət xidmətlərinin naziri cənab Muruli Mukasa, İndoneziya Respublikasının idarəçilik və bürokratik islahatlar naziri cənab Asman Abnur, Əfqanıstan İslam Respublikasında təsis edilmiş “ASAN Khedmat”in direktoru cənab Şahzad Aryobi ilə ikitərəfli görüşlər keçirilib.